Cəmiyyət

"Orada uşaqları siçovullarla olan zirzəmiyə atmaqla hədələyirlər"

18 Mart 2014 00:30
1 Şərh     Baxış: 1 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda tanınmış məktədə aparılan istlahatlar valideynin hiddətinə səbəb olub. Aidə adlı valideyn Milli.Az-a Avropa-Azərbaycan məktəbində baş verənlərdən şikayətlənib:

"Müəllimlərin maaşı aşağı salınıb. Müqavilələri var və maaşların ödənilməsi ilin sonuna qədər göstərilib. İşdən çıxarılanların yerinə elə müəllmlər götürüblər ki, həmin adamların uşaqlara təhsil verməsi düzgün deyil. Sevda Adıgözəlova adlı müəllimə var. O, uşaqlara qarşı, o cümlədən mənim uşağıma qarşı aqressivdir. Administrasiyaya dedim, dedilər ki keçid dövrüdür, keçib gedəcək. Uşağı savadısz, tərbiyəsiz, çöl heyvanı adlandırır. Müəllimin uşağa belə söz deməsi nə qədər düzgündür. Uşaqları xətkeşlə döyür, siçovullarla dolu olan zirzəmiyə atmaqla hədələyirdi. Hər dəfə müəllimlərin dəyişməsini tələb edəndə, aldadaraq vaxtı uzadırdılar ki, bizdən təhsil haqqını alsınlar. Axırda uşaqlarımı həmin məktəbdən çıxarmaq məcburiyyətində qaldım. Anlamıram ki, belə müəllimləri məktəbə təhsil üçün gətirirlər? Məktəb rəhbəri həmin müəllimdən xəbərdardır, amma susur".

Məslə ilə bağlı bir neçə gün məktəb rəhbərliyi ilə əlaqə saxlasaq da, istəyimizə nail ola bilmədik. Məktəbin qəbul və qeydiyyat şöbəsinin müdiri Cəmalə Səfərova rəhbərliyin Milli.Az-la əlaqə saxlayacağını desə də, alınmadı.

Gülər
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.