Cəmiyyət

İstirahət günü Bakıda gəzməli hava olacaq

15 Mart 2014 13:36
3 Şərh     Baxış: 2 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Azərbaycanda hava, əsasən, yağmursuz keçəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, martın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində gündüz arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturunun gecə 5-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 16-da hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 13-18, bəzi yerlərdə 20 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.