Cəmiyyət

Avtomobil yana qaçır: nə etməli?

15 Mart 2014 09:57
0 Şərh     Baxış: 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Sürücülərə məsləhət" rubrikası çərçivəsində Day.Az saytı oxucuların suallarını cavablandırmaqda davam edir.

Milli.Az-ın məlumatına görə, saytın redaksiyasına məktub göndərən Elnur İsrafilov adlı oxucu deyir ki, 2005-ci il buraxılışı olan "Hyundai Sonata" markalı, mühərrikinin həcmi 2400 kub santimetr olan avtomobilində problem var.

"Sonuncu dəfə Xocasən yolunda hərəkət edərkən təkər çuxura düşdü. Ondan sonra maşın yana çəkir".

Saytın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün "Performance Centre" şirkətinin texniki məsləhətçisi Elçin Abbasovla əlaqə saxlayıb. Avtomobil mütəxəssisinin sözlərinə görə, təkərdəki sazlamalar pozulubsa, avtomobil yana qaça bilər və bu təhlükəlidir.

Onun sözlərinə görə, avtomobil 30 min km yol qət etdikdən sonra təkər çəpliyi nizamlanmalıdır. Rusiya istehsalı olan avtomobillərdə isə bu rəqəm 10-15 mindir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.