Cəmiyyət

Azərbaycanda Novruz bayramı üçün hava proqnozu açıqlandı

14 Mart 2014 16:14
0 Şərh     Baxış: 2 327
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda Novruz bayramı günlərində gözlənilən ilkin hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 17-dək Azərbaycanda havanın temperaturunun gündən-günə yüksələcəyi gözlənilir. Arabir güclənən cənub küləyinin üstünlüyü gözlənilir. Martın 16 və 17-si gündüz saatlarında cənub küləyi güclənəcək.

Martın 17-dən 18-nə keçən gecə və martın 18-də səhər saatlarında şimal küləyinin güclənəcəyi proqnozlaşdırılır. Bununla əlaqədar ölkə ərazisində havanın temperaturu qısa müddətə enəcək.

Martın 18-də Bakıda və Abşeron yarımadasında havanın temperaturunun günorta saatlarında 10-12 dərəcə isti olacağı gözlənilir. Martın 18-də günün ikinci yarısında şimal küləyi arabir güclənən cənub küləyi ilə əvəz olunacaq. Hava dəyişkən buludlu olacaq.

Martın 19-dan ölkə ərazisində havanın temperaturunun yenidən yüksələcəyi ehtımal edilir. Martın 19-da gecə və səhər saatlarında şimal küləyinin sürəti bir qədər artacaq.

İlkin proqnoza görə, ölkə ərazisində martın 23-dək hava şərtaitinin mülayim olacağı gözlənilir.

Qeyd edək ki, hava proqnozu barədə proqnozlar yenilənəcək və bu barədə əlavə məlumatlar veriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.