Cəmiyyət

Bakıda yaşıllıq can verir - FOTO

13 Mart 2014 00:30
2 Şərh     Baxış: 1 474
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda sakinlər böyük bir yaşıllıq sahəsinin məhv ediləcəyi üçün həyəcan təbili çalıblar

Xətai rayonu ərazisində yaşayan sakinlər həmin ərazidəki ağacların kəsilmə təhlükəsini hiss edərək Milli.Az-a məktub yazıblar.

Məktubda deyilir ki, Ukrayna dairəsinin yaxınlığında, metronun "Həzi Aslanov" stansiyasına gedən istiqamətdə yaşıllıq ərazilər hasara alınıb. Hasarlanmış sahədə tikinti işlərinə başlanıb. Sakinlər ağacların kəsilməməsi üçün lazımi qurumların müdaxiləsini gözləyirlər.

Xətai rayon İcra Hakimiyyətindən Milli.Az-a bildirildi ki, həmin ərazidə heç bir ağac kəsilməsindən söhbət gedə bilməz. Ərazidə bir müddət əvvəl hündürmərtəbəli yaşayış binalarının tikilməsinə başlanıb. Artıq həmin işlər başa çatmaq üzrədir.

Anar Məmmədov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.