Cəmiyyət

Azərbaycana qar yağacaq

12 Mart 2014 00:05
0 Şərh     Baxış: 3 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 12-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşama doğru buludluluğun artacağı, gecə yağış yağacağı gözlənilir.

Temperatur gecə 3-5° isti, günün birinci yarısında 14°-dək, axşama doğru isə 6°-yə yaxın isti, Bakıda gecə 3-5° isti, günün birinci yarısında 14°-dək, axşama doğru isə 6°-yə yaxın isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında
arabir yağıntı olacağı gözlənilir.

Temperatur gecə 1-6°, gündüz 12-17° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşama doğru yağıntı olacağı gözlənilir.

Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru yağış yağacağı gözlənilir.

Temperatur gecə 2-7°, gündüz 8-13° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşama doğru yağıntı olacağı gözlənilir.

Temperatur gecə 0-5°, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam yağış yağacağı gözlənilir.

Temperatur gecə 2-7°, gündüz 12-17° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam yağış yağacağı gözlənilir.

Temperatur gecə 5-7°, gündüz 9-14° isti, dağlarda gecə 0-4°, gündüz 5-9° isti olacaq.

Xəbərdarlıq

Martın 12-si axşam şimal və qərb rayonlarından başlayaraq 15-dək ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Temperatur ötən günlə müqayisədə 5-9° aşağı enəcəkdir. Martın 12-si axşamdan 13-ü gündüzədək bəzi yerlərdə güclü şimal-qərb küləyi əsəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.