Cəmiyyət

Sürücü şikayəti: "Yol polisinin buna ixtiyarı var?"

12 Mart 2014 01:00
4 Şərh     Baxış: 2 635
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yol polisinin fəaliyyəti hər bir sürücü üçün böyük maraq yaradır. Sürücülər yol polisi tərəfindən cəzalanıdırılan zaman özlərini düzgün çıxartmaq üçün onlarda səhv axtarmağa çalışırlar

Milli.Az-a məktub yazan oxucunun da sualında yol polisinin xidməti zamanı hər hansı qayda pozuntusu etməsinə dair şübhələr hiss olunur:

"Dövlət Yol Polisi işçisinin ixtiyarı varmı ki, xidməti avtomobili olmadan yolda dayanaraq hər hansısa avtomobili dayandırsın? Varsa, bu ixtiyar onlara qanunvericiliyin hansı maddəsilə verilib?"

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Milli.Az-a açıqlamasında bildirdi ki, yol polisinin piyada və motosikletdə naryadları var.

Şöbə rəisinin sözlərinə görə, yol polisi təlimata əsasən, piyada, motosiklet və avtomobillə xidmət aparır: "Nə fərqi var ki? Bunun vətəndaşa nə aidiyyətı var ki, yol polisi patrul maşınındadı, piyada və ya motosikletdədir. Şəhər mərkəzində əksər yerlərdə piyada naryadları durur".

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.