Artıq heç bir hərəkətləri ilə təəccüb yaratmayan Birləşmiş Ərəb Əmirliklərinin şeyxləri bu dəfə 2 milyon dollara mobil telefon nömrəsi almaqla dünyanı yenidən heyrətləndirdilər.
Yəni dünyanın əksər ölkələrində olduğu kimi, barmaq boyda nömrəyə gözüyumulu bir ev qiymətinə pul sayan zəngin azərbaycanlılar da az deyil.
Modern.az prestijli mobil telefon nömrələrin qiymətlərini araşdırıb.
Heç kimə sirr deyil ki, bir çox siyasətçi, deputat və iş adamlarının telefon nömrələri 211-lə başlayır. 211-lə başlayan nömrələrin ən ucuz qiyməti 5000 manatdan başlayır. Yəni belə nömrələrin "qızıl nömrə" sırasına aid olduğunu deyilir. Məsələn, (050) 222 00 20 nömrəsinin qiyməti 4 min manatdır.
Bahalı nömrəyə imkansızlar da maraq göstərir, hətta borca girirlər.
Mobil operatorlar deyirlər ki, satışda olan bahalı nömrələrin qiymətini adi nömrələrin qiymətindən fərqlənmir və bütün nömrələr adi nömrələrin qiyməti ilə sənədləşdirilir. Təbii ki, burada bir məqsəd var - vergidən yayınmaq. "Azercell", "Bakcell" və "Azərfon" bunu nə qədər inkar etsələr də, www. nomrem. az və digər nömrə satışı ilə məşğul olan saytlara baxmaq kifayətdir ki, tamam başqa mənzərə ilə rastlaşasan. Orada mobil şirkətlərin nömrələri kifayət qədər baha satılır.
Məsələn, onlardan bir neçəsini təqdim edirik.
(050) 363-00-00 - 2200 manat,
(050) 224-66-66 - 2200 manat,
(050) 768-88-88 - 2000 manat,
(051) 755-55-55 - 3000 manat,
(050) 210-76-00 - 4000 manat,
(050) 207-07-07 - 6000 manat,
(050) 256-0000 - 5000 manat.
(050) 255-35-55 - 8000 manat
Platinium nömrələr isə daha bahadır:
(050) 210-06-00 - 12000 manat;
(050) 210-05-05 - 11000 manat,
(050) 433-33-33 - 20000 manat.
211-lə başlayan mobil nömrələr isə bir neçə min manat arasındadır. Bu rəqəmlə başlayan nömrələri isə əsasən yüksək cinli məmurlar və iş adamları işlədir. Onların qiyməti 10-15 min manatdan yuxarıdır.
"Cin" nömrələr arasında da bahalı siyahısına daxil olanlar var.
(055) 666 66 66 - 30 min manat,
(055) 311-11-11 - 5000 manat,
(055) 848-48-48 - 1000 manat,
(055) 211-00-33 - 12000,
(055) 545-55-55 - 10000 manat.
"Azərfon" şirkəti isə nömrələr arasında fərq qoyulduğunu etiraf edir. Şirkətdən bildirildi ki, "gümüş" və "qızıl" nömrələrin qiyməti digərlərindən fərqlənir. Araşdırma zamanı "Nar" nömrələrin qiymətlərinin digərlərindən geri qalmadığını öyrəndik:
(077) 606-66-66 - 2000 manat,
(070) 304-00-00 -1200 manat,
(070) 600-66-66 - 1000 manat,
(077) 755-55-55 - 10 min manat.
Ekspertlər isə adi nömrəyə minlərlə manat verməyi, sadəcə, ağılsızlıq sayır.
İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, belə nömrələrin satış mexanizmi olmadığından bəziləri bundan sui-istifadə edir: "Cəlbedici nömrələrə xərclənən pullar qeyri-rəsmi vəsait hesab edildiyi üçün ayrı-ayrı şəxslərin cibinə gedir".
Vergilər Nazirliyindən isə bildirdilər ki, əgər nömrələrin satışından gələn gəlir mobil operatorların gəlirində əks olunmursa, deməli, vergidən yayınma halı var. Amma mobil operatorlar dilerlərə nömrələri hansı qiymətə satırsa, bu məbləğin vergisini ödəyirlər.
(050) 211-42-07 - 5200 manat,
(050) 288-13-31 - 3000 manat,
(055) 256-55-55 - 3000 manat,
(055) 211-22-33 - 6000 manat,
Digər VİP nömrələrin qiyməti 10 000 ABŞ dollardan başlayır. Azərbaycanda satılan ən baha 10 mobil nömrənin siyahısını təqdim edirik.
Siyahıdan göründüyü kimi, elə nömrələr var ki, onların qiyməti 40 000 AZN təşkil edir.
(050) 222-00-22 - 9.999 manat,
(050) 211-59-55 - 10.000 manat,
(055) 700-00-07 - 12.000 manat,
(050) 211-02-08 - 12.000 manat,
(050) 232-22-22 - 12.000 manat,
(050) 210-93-49 - 17.000 manat ,
(050) 211-06-11 - 20.000 manat,
(077) 755-55-55 - 25.000 manat,
(050) 455-55-55 - 27.555 manat,
(055) 700-00-00 - 40.000 manat.
Milli.Az
Cəmiyyət
"Qızıl nömrə" sevdası: ən bahalı mobil telefon nömrələri - SİYAHI
11 Mart 2014 16:11
34 Şərh
Baxış: 66 704
DİGƏR XƏBƏRLƏR
- "Özüm istəmişəm!" - 1 manatlıq taksidə məktəbli qızla SEVGİ MACƏRASI - VİDEO
- Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
- Azərbaycana qarşı "informasiya savaşı": kim, necə, niyə? - ARAŞDIRMA
- İctimai nəqliyyatın günümüzə qatdığı stress - Necə mübarizə aparmaq olar?
- Günün qoroskopu: Maliyyə fürsətləri yaranacaq
- Bakı bulvarında ata və balanın maraqlı RƏQSİ - VİDEO
XƏBƏR LENTİ
- Bakıda "Land Rover" yeniyetməni vuraraq öldürdü
- Sumqayıtda qaynı 33 yaşlı qadını bıçaqladı
- Bətnindəki körpənin cinsiyyəti qız olduğuna görə hamilə qadını döyərək uşağı tələf etdilər - VİDEO
- Millimiz autsayderlə üz-üzə
- “İranın əlində Amerika qanı var” - Harris
- Keçmiş həyat yoldaşı toya XANIMI İLƏ GƏLDİ - Afətin reaksiyası DİQQƏT ÇƏKDİ - FOTOlar
- Əgər övladınız oğlan gedib, qız qayıdırsa... - Tramp
- Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTOlar
- Rodrini həmyerlisi əvəz edə bilər
- Nüvə dövlətindən İsrailə xəbərdarlıq: Bu, təhdiddir!
- ABŞ böyük qasırğaya hazırlaşır - Əhali təxliyə olunur
- Cokoviçdən çinli azarkeşlərə üzrxahlıq
- Markdan həyat yoldaşına unikal hədiyyə - FOTOlar
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik
- Alsu və əri məhkəmədə razılığa gələ bilmədilər - VİDEO
- Daha 16 ailə Şuşaya qayıdır - FOTOlar