Cəmiyyət

Paytaxtda tanınmış rabitə şirkəti jurnalistin səbr kasasını daşırdı

11 Mart 2014 01:00
1 Şərh     Baxış: 1 427
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda tanınmış rabitə şirkəti tanınmış jurnalistlərdən olan Elşad Eyvazlının səbr kasasını daşırıb

Jurnalist öz Facebook profilində "Ultel" internet provaydeyirinin onu boğaza yığmasından şikayətlənib:

"Müştəri ilə istədikləri kimi rəftar edirlər. Səbəbi budur: Elə telefon nömrələri var ki, onların yalnız "Ultel"dən internet almaq imkanları var. Bədbəxtçilikdən bizim yerləşdiyimiz yerdə də telefon nömrələri "Ultel"in monopoliyasındadır. Verdikləri internetin gücü ilə sayta 1 saatda bir yazını güclə yerləşdirə bilirik. Bircə yolumuz qalıb, məhkəməyə müraciət etmək..."

"Ultel" şirkətinin abunə şöbəsindən Şahmurad Pənahov Milli.Az-a açıqlamasında bildirdi ki, abonentin şikayəti araşdırılıb həll ediləcək.

Onun sözlərinə görə, şikayətçi abonent sonuncu dəfə 11.12.2012-ci ildə şirkətə müraciət edib: "Maraqlısı odur ki, abonent niyə bizə müraciət etmir? Onun son şikayətindən iki il vaxt keçib. Bizdə bütün zənglər və şikayətlər qeyd olunur. Amma abonent nədənsə birbaşa olaraq bizə çıxmayıb".

Ş.Pənahov şikayətçinin məhkəmə hədəsinə gəlincə, qeyd etdi ki, hər kəsin məhkəməyə müraciət etmək hüququ var: "Amma məhkəməyə müraciət etmək üçün fakt qoymalıdır. Bizdə fakt var. Əgər şikayət etmiş olsaydı və nəzərə alınmasaydı, günahkar olardıq. Bütün deyilənlərə baxmayaraq, gedib yerində baxıb araşdıracağıq".

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.