Cəmiyyət

Bakıda telefon problemi: "Hər kəs belə özbaşınalıqdan narazıdır"

7 Mart 2014 01:30
2 Şərh     Baxış: 2 314
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakı sakini telefonu öz adına keçirərkən problemlə üzləşib. Oxucu Milli.Az-a yazır ki, Nizami rayon telefon qovşağında telefon nömrəsini öz adına keçirərkən qəribə halla rastlaşıb. Ondan 20 manat rüsum alıblar.

Məktubda deyilir ki, bu vəziyyətlə çox insan üzləşir və hər kəs belə özbaşınalıqdan narazıdır: "Tarif Şurasının 02.12.2013 tarixli qərarı ilə telefon nömrəsinin addan-ada keçirilməsi üçün ödənişlər ləğv edilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ictimaiyyətə bu ödənişin ləğv olunduğunu elan etdikdən sonra gizli şəkildə 27.12.2013 tarixli 218 saylı əmri ilə qeyd olunan ödənişi bərpa edib. Bu barədə nə öz rəsmi internet səhifəsində nə də KİV-də ictimaiyyətə heç bir məlumat verməmişdir. Bununla da xalqa və ölkə qanunvericiliyinə etimadsızlıq nümayiş edirib".

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktor müavini Xankişi Kişiyev Milli.Az-a açıqlamasında anlaşılmazlığa aydınlıq gətirib. Direktor müavini bildirib ki,  telefon nönmrəsini başqa ada keçirmək olmur. Onun sözlərinə görə, telefonun addan ada keçirilməsi ailə üzvünə aiddir. Belə halda addan ada keçirmək pulsuzdur.

"Şikayətçinin məsələsi başqadır. Bu fakt addan ada keçirmək deyil, telefonun yenidən başqasının adına çəkilməsidir. Ondan 20 manat alınması düzgündür. Kimsə telefon nömrəsini istəmirsə, təhvil verməli, başqa bir şəxs isə yenidən müqavilə bağlamalıdr. Bu zaman 20 manat rüsum verir. Nömrə üçün isə 30 manat ödəməlidir", - X.Kişiyev oxucu şikayətini belə cavablandırdı.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.