Cəmiyyət

Vağzalda gülməli mənzərə: "Bəs xalaya bir manat qalmasın?"

7 Mart 2014 01:00
19 Şərh     Baxış: 5 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakı Dəmiryolu Vağzalında xəzinədarlar yeni qiymətlər təyin ediblər. Sərnişinlər vağzalda uzun illərdir davam edən süni qiymət artımı ilə bağlı Milli.Az-a şikayət ediblər.

Məktubda deyilir ki, Bakı Dəmiryolu Vağzalında satış zamanı kassada işləyən qadınlar hər bilet üçün əlavə bir manat tələb edirlər: "Zəhmət olmasa, araşdırın, niyə görə Bakıdakı Dəmiryolu vağzalında kassalarda satış zamanı hər bilet 1 manat bahasına satılır? Məsələn, gəlirsən Bakı-Gəncə-Bakı reysinə biletini almağa. Həm Bakı-Gəncə reysinə əlavə 1 manat artıq pul qoyulur. Geriyə (Gəncə-Bakı) kassirlər tərəfindən əlavə 1 manat tutulur. Biletlər öncədən sərnişinlərə 1 manat bahasına təklif edilir, bileti alandan sonra isə görürsən ki, biletin üstündə 1 manat ucuz yazılıb. Sual verəndə ki, "niyə 1 manat artıq ödədim?", deyir ki, "bəs xalaya 1 manat qalmasın?" Bu problem neçə illərdir davam edir".

Dövlət Dəmiryolu İdarəsinin "Sərnişindaşıma" İstehsalat Birliyinin rəisi Elyar Muradov belə bir halın olmasını mümkünsüz hesab edir. Birlik rəisi Milli.Az-a açıqlamasında bildirdi ki, vağzalın kassalarında biletlər baha satıla bilməz: "Bizdə elə bir fakt yoxdur. Əgər fakt varsa, verin, tədbir görək".

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.