Cəmiyyət

Bakıdakı partlayış yerinə dəmir divar çəkildi - FOTO

6 Mart 2014 00:30
1 Şərh     Baxış: 1 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda bir neçə gün əvvəl partlayış baş verən ərazidən xəbər var. Oxucuların Milli.Az-a verdiyi məlumata görə, Binəqədi rayonunda, daha dəqiq olsaq, metronun "Azadlıq prospekti" stansiyasının yaxınlığındakı ərazi hasara alınıb.

Həmin ərazidə ötən ay tikilməkdə olan kafedə güclü partlayış baş vermişdi. Partlayış nəticəsində ərazidəki tikili tamamilə çökmüşdü. Artıq həmin kafenin ərazisi daxil olmaqla böyük bir sahə dəmir lövhələrlə hasara alınıb.

Binəqədi rayon İcra Hakimiyyətindən hasarlanmanın səbəbini öyrənə bilmədik.

Anar Məmmədov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.