Cəmiyyət

Azərbaycan alimlərinə müjdə

4 Mart 2014 16:14
1 Şərh     Baxış: 1 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda dövlət və bələdiyyə təhsil müəssisələrində ixtisası üzrə işləyən alimlərin maaşlarına elmi dərəcələrə və elmi adlara görə verilən əlavələrin məbləği 2 dəfə artırılıb.

Azərbaycan Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, "Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında" qərara dəyişikliklər edib.

Qərara əsasən, dövlət və bələdiyyə təhsil müəssisələrində ixtisası üzrə işləyən fəlsəfə doktorlarının (elmlər namizədləri) elmi dərəcəyə görə vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq 60 manat əlavə ediləcək. İndiyədək isə bu əlavənin məbləği 30 manat olub.

İxtisası üzrə işləyən elmlər doktorlarının elmi dərəcəyə görə vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq, indiyədək 50 manat məbləğində verilən əlavənin məbləği 100 manat olub.

Yeni qərar 2013-cü ilin sentyabrın 1-dən qüvvəyə minir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.