Cəmiyyət

Bakının avtobusları hara itir?

3 Mart 2014 13:36
0 Şərh     Baxış: 1 275
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Day.Az saytının redaksiyasına daimi oxucu Rüstəm Hüseynov adlı oxucu tərəfindən məktub göndərilib. Milli.Az Day.Az saytına istinadən bildirir ki, məktubda deyilir:

"Biz Həsən bəy Zərdabi küçəsində Sosial Müdafiə Fondunun binasının qarşısında yaşayırıq. Bir neçə il əvvəl "20 Yanvar" metro stansiyası tərəfdən gələrək bizim küçədən keçən və Parlament prospekti tərəfə doğru gedən marşrut avtobusu ləğv edilib. Hazırda həmin marşrutla gedən heç bir avtobus yoxdur. Orada marşrut olacaqmı?"

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı "Bakısərnişinnəqliyyat" MMC ilə əlaqə saxlayıb. İdarədən bildiriblər ki, hazırda paytaxtda bir-birini təkrarlayan marşrutlar var.

Marşrut avtobuslarının optimizasiyası çərçivəsində köhnə avtobusların yeni və daha rahat avtobuslarla əvəzlənməsi prosesi gedir. Marşrutların ləğv edilməsinin səbəbi ya sərnişin axınının zəif olması, ya da marşrutların təkrarlanmasıdır. Həmin ərazidə marşrutun bərpa olunub-olunmayacağı barədə söz demək çətindir. Əgər H.Zərdabi küçəsinin sakinləri yazılı şəkildə "Bakısərnişinnəqliyyat"a müracət etsələr, bir ay ərzində onlara cavab veriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.