Cəmiyyət

Bakıda insanlar təngə gəldi: "Oğlanlar qızların qucağında gedir"

3 Mart 2014 02:00
4 Şərh     Baxış: 5 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda sərnişin avtobuslarındakı sıxlıq insanları təngə gətirib

Hər gün 61 saylı sərnişin avtobusundan istifadə edən Ramiz adlı oxucu rastlaşdığı problemlə bağlı Milli.Az-a şikayətlənib:

"Artıq bilmədim kimə şikayət edim. Xahiş edirəm buna bir çarə tapın, bu, nə biabırçılıqdır? Belə də dərd olar? Camaat bir-birinin üstündə gedir. Onları qınamıram, dərsə, işə gecikirlər. Amma belə biabırçılığa göz yummaq olmaz. Oğlanlar qızların qucağında gedir. Mən bir dəfə də 61 saylı avtobusu boş görmədim".

Şikayət edilən marşrutun sahibkarı olan "Xaliq Faiqoğlu" MMC-dən Milli.Az-a bildirildi ki, həmin xəttə avtobusların işləməsində bəzi problemlər var. "Papanin" yolu bağlı olduğu üçün 61 saylı marşrut avtobusları 9-cu mikrorayondan metronun "28 May" stansiyasına getməsi üçün əlavə olaraq uzun yol qət etməli olur. Avtobuslar 3-cü mikrorayon dairəsindən Yasamala, yenidən geri qayıdaraq Tbilisi prospektinə, orada isə Həsən Əliyev küçəsinə çıxır. Nəticədə isə geçikmələr yaranır. Məhz bu səbəbdən xətdə avtobusların sayı 25-dən 20-dək azaldılıb. "Papanin" ərazisində yol açılandan sonra problem aradan qaldırılacaq.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.