Cəmiyyət

Sürücülər üçün məsləhət: maşın silkələnir - problem nədədir?

28 Fevral 2014 11:54
3 Şərh     Baxış: 3 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Day.Az saytı "Sürücülərə məsləhət" rubrikası çərçivəsində oxucuların suallarını cavablandırmaqda davam edir. Milli.Az-ın məlumatına görə, Elvin Şükürov adlı oxucu redaksiyaya göndərdiyi məktubda belə qeyd edir:

"Mən 2006-cı il istehsalı olan Hyundai (Accent) markalı avtomobil idarə edirəm. Mühərrikin həcmi 1400 kub sm-dir. Artıq üçüncü ildir ki, bu avtomobili idarə edirəm. Mühərrik normal işləyir, heç bir problem yoxdur. Ancaq təkərlər vurur nədənsə. İki avtomexanikə müraciət etdim, ancaq çarə tapa bilmədilər. Nasazlığı heç cür aradan qaldıra bilmirlər. Təkərlərin vibrasiyası nədən olar?"

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Bakıda fəaliyyət göstərən avtoservislərdən birinin texniki məsləhətçisi Şahin İsmayılovla əlaqə saxlayıb. Onun sözlərinə görə, sürücülər tez-tez analoji problemlərlə müraciət edirlər. Təcrübə göstərir ki, təkərlərin vibrasiyasının səbəbi müxtəlif ola bilər. Misal üçün, bərkidici boltların boşalması, disklərin zədələnməsi və ya deformasiyası, təkərlərin zədələnməsi, sükan mexanizminin aşınması və s.

Mütəxəssis deyib ki, bu yaxınlarda da bir sürücü analoji problemlə müraciət etmişdi.

"Həmin maşındakı vibrasiya sükan dairəsində də hiss olunurdu. Yoxlamadan sonra məlum oldu ki, bu nasazlıq təkərlərdəki balansın pozulmasından irəli gəlir. Bu cür hallar tək diskomforta səbəb olmur. Həmçinin, təkərlərin aşınmasına və sükan mexanizminin korlanmasına gətirib çıxarır. Hər bir avtomobil sahibi bilməlidir ki, təkərlərin balansı texniki xidmətdə vacib prosedurlardan biridir. Bu proseduru mütəmadi həyata keçirmək lazımdır", - o əlavə edib.

Mütəxəssis qeyd edib ki, vibrasiya avtomobilin banında hiss olunursa, deməli, arxa təkərlərdə balans pozulub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.