Cəmiyyət

Azərbaycan elmində adlar dəyişir

27 Fevral 2014 18:46
Baxış: 1 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bəzi elmi müəssisələrin adları dəyişdirilib, həmçinin yeni institutların yaradılması nəzərdə tutulur.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin növbəti iclasında bildirib ki, elm və texnologiyanın inkişafı, yeni elmi istiqamətlərin meydana çıxması Akademiyanın nəzdindəki bəzi institutların fəaliyyətinin genişlənməsi ilə müşaiyyət olunur və bu, AMEA-nın strukturunda islahatlara ehtiyac yaradıb.

İclasda Neft və Qaz Elmi Tədqiqat İnstitutu, Dünya Siyasəti İnstitutu və Elm Tarixi İnstitutunun yaradılması məqsədi ilə zəruri tədbirlərin icrası haqqında qərarlar qəbul olunub. Həmçinin qərara alınıb ki, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun adından "sosiologiya" sözü götürülsün, Mərdəkan Dendrarisi Dendralogiya İnstitutu, Kibernetika İnstitutu İdarəetmə Sistemləri İnstitutu, Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu, Kimya Problemləri İnstitutu Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutu isə Konfliktologiya və İnsan Hüquqları İnstitutu adlandırılsın.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.