Cəmiyyət

Uşaqlarla səfər edərkən bunu etmək vacibdir...

27 Fevral 2014 01:00
0 Şərh     Baxış: 1 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın günlərdə azyaşlı övladı ilə xarici ölkəyə səfərə hazırlaşan valideyndə qaranlıq məqamlar yaranıb.

Həmin qaranlıq məqamlara valideyn Milli.Az vasitəsilə aydınlıq gətirmək istəyir. Leyla adlı oxucu yazır ki, ötən il xarici ölkəyə səfər edərkən azyaşlı uşağının şəklini öz ümumvətəndaşlıq pasportuna vurdurmaqla aparıb. İndi isə xaricə getmək üçün mütləq uşağın özünün biometrik pasportunun olması tələb olunur. Uşağı xaricə aparmaq üçün ona pasport alınması vacibdirmi?

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən Milli.Az-a bildirildi ki, valideynlərin xarici pasportlarına övladlarının adlarının yazılması və şəkillərinin əlavə edilməsi qaydası ləğv edilib. Artıq uşaqlara biometrik pasportlar alınmalıdır. Bunun üçün valideyn, ilk növbədə, yerli pasport qeydiyyatı şöbəsinə müraciət edib uşağa şəxsiyyət vəsiqəsi almalıdı, sonra ata və ananın etibarnaməsi əsasında Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət olunmalıdır.

Pasportun verilməsi üçün zəruri sənədlərin siyahısına pasport verilməsi haqqında ərizə-anket, vətəndaşın şəxsiyyət vəsiqəsi, dövlət rüsumunun ödənilməsi barədə sənəd daxildir. Bir yaşı tamam olan uşaqlara 3, 3 yaşı olanda 5 illik pasportlar verilir. Ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq, on, beş, iki və ya bir iş günü müddətində verilir və ya dəyişdirilir. Pasport on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, məbləğ bir yaşınadək uşaqlar üçün 10, bir yaşından üç yaşınadək uşaqlar üçün 20 manat, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 30, on səkkiz yaşına çatmış vətəndaşlara 40 manatdır.

Pasport beş iş günündə verildikdə və ya dəyişdirildikdə rüsum bir yaşınadək uşaqlar üçün 20, bir yaşından üç yaşınadək uşaqlar üçün 40, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 60, on səkkiz yaşına çatmış vətəndaşlara 80 manatdır. Pasport bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə bir yaşınadək uşaqlar üçün 40 manat, bir yaşından üç yaşınadək uşaqlar üçün 80, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 120, on səkkiz yaşına çatmış vətəndaşlar üçün 160 manatdır.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.