Cəmiyyət

Bakıda uşağının döyüldüyünü iddia edən valideynə müəllimin cavabı: "Valideynin başı çatmır"

27 Fevral 2014 00:30
7 Şərh     Baxış: 4 335
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda valideyn övladının məktəbdə döyüldüyünü iddia edir. Övladı paytaxtın 284 saylı məktəbin ibtidai sinifində oxuyan valideyn Mili.Az saytına Zəhra adlı qızının məktəbdə müəlim tərəfindən döyülməsindən şikayətlənir:

"Bir neçə gün öncə dərsdən evə gələn qızım Zəhranın rəngi bəmbəyaz idi, sanki nədənsə qorxmuş kimi idi. Ondan nəsə olub-olmadığını, harasının ağrıdığnı soruşdum, amma "yox" cavabı verdi. Həmin gün qızımın halı pisləşdi, bir neçə dəfə qusdu. Səhəri gün məktəbə getmək istəmədiyini dedi. Səbəbini soruşanda "qorxuram məktəbə getməyə" dedi".

Məktubdan məlum olur ki, Zəhra anasına məktəbə getməməsinin səbəbini döyülməsi ilə əsaslandırıb: "Dedi ki, dünən məktəbdə müəllim mənimlə sərt davranıb, sinifdə bütün uşaqların içində onu döyüb. Kürəyinin ortasından bir neçə dəfə yumruqla vurub, ona görə də qorxur bir daha ora getməyə. Dərhal məktəbə gedib müəllimədən niyə bu cür hərəkət etməsini soruşdum. Cavabım "siz qaraçısınız, fond pulu vermirsiz, mən istəmirəm sənin qızın mənim sinifimdə oxusun" oldu.

Şagirdin sinif rəhbəri, valideynin şikayətləndiyi Rəhilə İsgəndərova Milli.Az-a açıqlamasında valideyni səhv etməkdə qınadı və onu təhqir etməkdən belə çəkinmədi: "Həmin valideynin başı çatmır. Başından yuxarı danışır. Anormal qadındır. Uşaq normaldır, amma dərsi zəif oxuyur, gündəliyi işlənmir. Uşağı dərsə səliqəsiz yollayır".

Müəllimin sözlərinə görə, əsas problem valideynin öz uşağı ilə ünsiyyətdə olmamasıdır: "Uşaq döyülməyib. Sakitdir, niyə də döyülsün ki? Dəcəl deyil, davranışı normal, sadəcə dərsi zəif oxuyur. Həmin ananın uşağı ilə normal rəftarı yoxdur".

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənmək mümkün olmadı.

Ceyhun Ələkbərov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.