"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu 2015-ci ildə uydurma "erməni soyqırımı"nın 100-cü ildönümünün qeyd edilməsinə qarşı ciddi hazırlıq işləri aparır".
Bu barədə Trend-ə İnstitutun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov məlumat verib.
O qeyd edib ki, həmin müddətə qədər ermənilərin və onların himayədarlarının bütün cinayətlərini ifşa etmək üçün rəsmi sənədlərə əsaslanan 10-a qədər yeni kitab nəşr ediləcək: "Biz Qarabağın, Naxçıvanın, ümumiyyətlə, bütün Cənubi və Şimali Azərbaycanın tarixi ilə bağlı yalnız sənədlər toplamırıq, həm də elmi əsərlər yazır, sənədli filmlərin çəkilişində iştirak edirik. İnstitut nəzdində Dissertasiya Şurasına bu mövzularla bağlı təqdim edilmiş dissertasiyalar da uğurla müdafiə edilir. Biz bu əsərləri başqa dillərə tərcümə edib dünyaya çatdırırıq".
İnstitutun direktor müavini əlavə edib ki, Azərbaycanın bütün tarixi məsələləri, o cümlədən soyqırımla bağlı sənədləri dünya ölkələrinin - İngiltərə, İran, Rusiya, Almaniya, Fransa, Gürcüstan və s. ölkələrin arxivlərindən əldə ediblər. Bu sənədlər həmin məsələləri yeni şəkildə təqdim etməyə imkan verir: "Tarixi ərazilərimizdə - həm Cənubi, həm də Şimalı Azərbaycanda bizə qarşı ermənilər tərəfindən cinayətlər törədilib. Ermənilər bu cinayətləri təkbaşına etmək gücündə deyillər. 1918-ci ilin soyqırım sifarişini və onun pulunu verən Sovet hökuməti, onun rəhbəri Lenindir. Bu, tarixi sənədlərlə sübuta yetirilən həqiqətdir".
C.Bəhrəmov deyib ki, ermənilər tarixin müxtəlif dövrlərində başqa millətlərə qarşı cinayətlər törədiblər. XX əsrdə isə bu cinayətləri həm azərbaycanlılara, həm türklərə, həm də yəhudilərə qarşı ediblər.
Tarixçi bildirib ki, Azərbaycan xalqına qarşı törədilən soyqırımları araşdırmaq məqsədilə 2010-cu il mayın 26-da AMEA və Baş Prokurorluq tərəfindən birgə elmi-istintaq araşdırma qrupu yaradılıb. İnstitut tərəfindən bu qrupa bir çox elmi sənədlər təqdim edilib: "Bu sahədə tədqiqatlar hələ də davam edir. Ərazi məsələləri və s. ilə bağlı tədqiqatlar mütləq aparılmalıdır. Çünki bizə düşmən olan xalqı bizim torpağımıza köçürüb ona dövlət yaradıblar. Bu, bizim millətimizə qarşı həm hüquqi, həm mənəvi, həm də psixoloji baxımdan qeyri-insani addımdır".
Milli.Az
Cəmiyyət
Tarix İnstitutu uydurma "erməni soyqırımı"nın 100-cü ildönümününə qarşı yeni kitablar hazırlayır
26 Fevral 2014 17:21
0 Şərh
Baxış: 624
DİGƏR XƏBƏRLƏR
- "Özüm istəmişəm!" - 1 manatlıq taksidə məktəbli qızla SEVGİ MACƏRASI - VİDEO
- Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
- Azərbaycana qarşı "informasiya savaşı": kim, necə, niyə? - ARAŞDIRMA
- İctimai nəqliyyatın günümüzə qatdığı stress - Necə mübarizə aparmaq olar?
- Günün qoroskopu: Maliyyə fürsətləri yaranacaq
- Bakı bulvarında ata və balanın maraqlı RƏQSİ - VİDEO
XƏBƏR LENTİ
- ABŞ böyük qasırğaya hazırlaşır - Əhali təxliyə olunur
- Cokoviçdən çinli azarkeşlərə üzrxahlıq
- Markdan həyat yoldaşına unikal hədiyyə - FOTOlar
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik
- Alsu və əri məhkəmədə razılığa gələ bilmədilər - VİDEO
- Daha 16 ailə Şuşaya qayıdır - FOTOlar
- Obrazları özlərindən daha çox məşhurlaşan ulduzlar - FOTOlar
- "Nissan"ın yenilənmiş avtomobili təqdim edildi - FOTOlar
- "Şadam ki, qardaşım artıq əziyyət çəkmir" - Madonna
- Cemal Hünal rəsmən boşandı
- Ölkəmizdə Çin avtomobillərinə maraq necədir?
- Natiq Fərzəliyev baba olub
- Rusiya Odessada mülki gəmini vurdu: ölü və yaralılar var
- Qadın ərinin doğum günündə ona ikinci arvad hədiyyə etdi - ŞOK VİDEO
- Limon duzundan istifadə etməyin 3 YOLU
- Bu gözəl dünya çempionunu depressiyadan xilas edərək futbola necə qaytarıb? - FOTOlar