Cəmiyyət

Bakı metrosu sərnişin daşısın, yoxsa onları? - FOTO

26 Fevral 2014 01:00
10 Şərh     Baxış: 4 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı metrosundan istifadə edən sərnişinlər rastlaşdıqları mənzərədən narahatlıq keçirirlər

Onlar Milli.Az-a bilriblər ki, bəzi sərnişinlər böyük ölçülü yüklə metroya girirlər və həmin əşyalarla oradakı insanları narahat edirlər.

Onların sözlərinə görə, daha çox narahatlıq həmin yük sahibləri platformada qatar gözləyərkən olur. Çünki gediş-gəlişi bağlayırlar və yol tamamilə kəsilir.

Belə böyük ölçülü yüklərin metroya girişinə icazə varmı?

Oxucu hətta mövzu ilə bağlı Milli.Az fotolar da yollayıb.

Problemlə bağlı saytımıza açıqlama verən Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva deyib ki, yükün metro ilə daşınmasında heç bir problem yoxdur.

"Əgər sakinlər metro vasitəsi ilə hansısa bir yükü daşımaq istəyirsə, hamısının öz qayda-qanunu var. Bizim öz rəsmi saytımızda da bu şərtlər yazılıb.

Hər yükün öz normasına uyğun olaraq ödənişi var. Sərnişin normadan artıq olan yüklə metroya girmək istəsə, bunun üçün əlavə olaraq haqq ödəməlidir.

Misal üçün, 121 sm - 200 sm arası olan yükə əlavə pul ödənilməlidir. Yox, əgər ölçülər bundan aşağı olarsa, onda heç bir problem yoxdur", - Nəzakət Tarverdiyeva bildirdi.

Ceyhun Ələkbərov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.