Cəmiyyət

Şikayət: "Bakıda Xutor deyilən bir yer var..."

26 Fevral 2014 02:00
4 Şərh     Baxış: 2 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda bərbad yollar qəsəbə sakinlərini narahat edir. Milli.Az-a müraciət edən İlqar adlı oxucu yazır ki, Bakıda Xutor deyilən bir yer var, sanki hər kəsin yadından çıxıb. Yağış, qar yağanda palçıq əlindən, quraqlıq olanda isə toz əlindən tərpənmək olmur. Bu işlərlə məşğul olan şəxslər problemi aradan qaldırsalar, sakinlər şad olar.

Binəqədi rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aqil Eyvazov Milli.Az-a açıqlamasında bildirdi ki, əsas qəsəbədaxili yolların əsaslı təmiri proqrama salınıb. Onun sözlərinə görə, Xutor qəsəbəsinin yollarının da 2014-2016-cı illər ərzində təmiri nəzərdə tutulub: "Konkret hansı yoldan söhbət getdiyini bilmirəm. Ancaq rayon ərazisində qəsəbədaxili yollar mərhələli şəkildə təmir olunur".

Gülər
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.