Cəmiyyət

Yeni binalarda kupça almaq nə vaxt "ASAN" olacaq?

19 Fevral 2014 10:34
0 Şərh     Baxış: 2 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ASAN xidmət mərkəzlərində yeni tikililərdə olan mənzillər üçün kupça verilmir. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına oxuculardan biri məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə xidmət çox xoşuna gəlib, ancaq hesab edir ki, yeganə mənfi cəhət hüquqşünas xidmətinin pullu olmasıdır. Halbuki, rayon məhkəmələrində hüquqşünasların məsləhətləri pulsuzdur.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsidinin müdiri Anar Hüseynovla əlaqə saxlayıb.

"Əmlak məsələləri üzrə dövlət komitəsinin proqramı ilə bağlı problem var. Hazırda həmin problemin aradan qaldırılması istiqamətində işlər görülür. Yaxın günlərdə məsələ öz həllini tapacaq və vətəndaşlara çıxarış veriləcək. Əsas odur ki, mənzilin bütün sənədləri qaydasında olsun", - A.Hüseynov bildirib. 

Hüquqşünasların xidmətlərinin pullu olmasına gəlincə isə qurum rəsmisi deyib ki, əhaliyə hüquqi yardım göstərilməsi ilə bağlı özəl hüquq şirkətləri ilə müqavilə imzalanıb.

"Biz şərt qoymuşuq ki, hüquqi yardımın qiyməti elə də baha olmasın. Gələcəkdə bunun pulsuz olub-olmayacağı barədə heç nə deyə bilmərəm", - o əlavə edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.