Cəmiyyət

Bakıda it dişləməsi neçəyə başa gəlir?

19 Fevral 2014 09:42
1 Şərh     Baxış: 1 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Day.Az saytının redaksiyasına Fərman Abdullayev adlı oxucu tərəfindən məktub daxil olub. Milli.Az-ın məlumatına görə, məktubda oxucu deyir ki, İngiltərədə əgər it sahibi heyvanın nəcisini dərhal təmizləməzsə, onu 1000 funt-sterlinq cərimə gözləyir.

"Düşünürəm ki, bizdə də belə bir cərimə olmalıdır. Əgər bu olsa, şəhərimiz daha da təmiz olar. Öz heyvanının zibilini təmizləməyən insanın nə hüquqi, nə də ki, mənəvi haqqı yoxdur it saxlamağa", - oxucu məktubunda deyilir.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Bakı Şəhər Baytarlıq İdarəsinin müalicə-profilaktika şöbəsinin rəisi Pərviz Hacıyevlə əlaqə saxlayıb.

Onun sözlərinə görə, Azərbaycanda it, pişik və digər ev heyvanlarının saxlanılması qaydaları var. Heyvan sahibləri həmin qaydalara əməl etməlidirlər. Bu qaydalar pozulduqda həmin şəxsləri inzibati cəza gözləyir.
 
"Misal üçün, ev heyvanlarının qadağan olunmuş yerlərdə gəzdirilməsi, satış qaydalarının pozulması, baytarlıq xidmətinin müvafiq icazəsi olmadan yarışların keçirilməsi və s. qaydaların pozulmasına görə 200 manat cərimə tətbiq olunur. Bu qaydaların təkrar pozulmasına görə cərimə 300 manatdır", - o əlavə edib.

Bundan başqa, it insanı dişləyirsə, həmin itin sahibi zərərçəkmişə 1000 manat məbləğində təzminat verməlidir. Bu qanunun tələbidir.

Pərviz Hacıyevin sözlərinə görə, ev heyvanlarının küçələrdə nəcis buraxması və bunun təmizlənməməsi də həmin qaydaların pozulmasıdır.

"Biz daha çox heyvanların antisanitar şəraitdə saxlanmasının, itlərin ağızlıqsız gəzdirilməsinin şahidi oluruq. Vətəndaşlar itlərin hürməsindən də narazılıqlarını bildirirlər", - qurum rəsmisi deyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.