Cəmiyyət

Şikayət: "Camaat bir-birinin başına çıxır"

19 Fevral 2014 02:00
3 Şərh     Baxış: 2 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda sərnişinləri bir-birinin belində daşıyan marşrut avtobusundan şikayət var. Milli.Az-a yazan Şəfəq adlı oxucu təklif edir ki, gəlib 90 nömrəli marşrut avtobusunun gecə vaxtı çıxardığı oyunlara tamaşa edin:

"İnanın ki, metronun "28 May" stansiyasından minib "20 Yanvar"a gedənəcən camaat bir-birinin başına cıxır. Deyəndə ki, yer yoxdur, sürücü və ya konduktor deyir ki, bir az mehribanlaşın. Avtobusu o qədər doldururlar ki, bir tərəf üstə gedir, az qalır aşsın".

"Transqeyt" şirkətinin Zülfi adlı dəstə rəisi Milli.Az-a həmin xətt üzrə işləyən avtobuslarda nasazlıq olduğunu təsdiqlədi. Onun sözlərinə görə, həmin xəttə yeni avtobuslar gətiriləcək.

Gülər
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.