Cəmiyyət

Tahir Əmiraslanov: "Lavaş bizimdir"

17 Fevral 2014 16:32
0 Şərh     Baxış: 3 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənilər lavaşı erməni mətbəxinin nümunəsi kimi qeydiyyatdan keçirtmək üçün UNESCO-ya müraciət ediblər

Azərbaycan Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanovun Modern.az-a verdiyi məlumata görə, artıq lavaşın onların erməni milli mətbəxinə aid olması ilə bağlı sənədlər UNESCO-ya təqdim edilib.

Ermənistana etirazını bildirən ilk ölkə isə İrandır.

"Çox demirəm, iki alim tapın ki, lavaşı ermənilərin olmasını sübut edə bilsin. Hələ mən səsimi çıxarmıram. Görək Azərbaycanda bir nəfər səsini çıxaracaqmı. İrandan səs çıxıb, amma Azərbaycandan heç kim buna etirazını bildirmir. İran rəsmi şəkildə bildirib ki, lavaş İran, Azərbaycan və Orta Asiya mətbəxinə aiddir. Bunun ermənilərə heç bir aidiyyəti yoxdur. Hətta sübut gətiriblər ki, 700 il bundan öncə, bir kitabda lavaş haqqında atalar sözləri var. Amma bu, ermənicə deyil", - deyə Tahir Əmiraslanov qeyd edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.