Cəmiyyət

Qaydalar avtobus sürücüləri üçün deyil?

17 Fevral 2014 12:28
1 Şərh     Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avtobus sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozması ilə bağlı Day.Az saytının redaksiyasına oxucu məktubları gəlməkdə davam edir. Milli.Az-ın məlumatına görə, Sabir adlı oxucu deyir ki, bu günlərdə 116 saylı marşrut avtobusunda xoşagəlməz halla rastlaşıb.

"Sürücü sürət həddini aşmağı ilə yanaşı, sərnişinlərlə kobud davranır. Sərnişin son dayanacağın hansı olduğunu soruşanda, sürücü kobudluq etməyə başladı. Avtobusda "qaynar xətt" nömrəsi yoxdr. Bu cür qayda pozuntuları ilə bağlı kimə şikayət etmək olar? Avtobusun dövlət nömrə nişanı "10-TG-991"-dir".

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı "Bakısərnişinnəqliyyat" MMC ilə əlaqə saxlayıb. Şirkətdən bildiriblər ki, vətəndaşlardan quruma şikayətlər daxil olub.

"Bütün bu müraciətləri biz operativ şəkildə araşdırırıq. Sürücünün günahı sübuta yetirilərsə, cəzalandırılır. Sərnişinlər, əsasən sürət həddinin aşılmasından, siqaret çəkməkdən və kobudluqdan şikayət edirlər. Bu cür sürücülər cəzasız qalmırlar. Oxucunun qeyd etydiyi məsələni də araşdırmağa hazırıq. Qoy həmin vətəndaş bizim quruma müraciət etsin", - "Bakısərnişinnəqliyyat"ın əməkdaşı deyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.