Cəmiyyət

Bakının qəsəbəsində zirzəmini kim qurudacaq?

17 Fevral 2014 10:16
1 Şərh     Baxış: 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Lökbatan qəsəbəsinin V.Əsgərov 24 ünvanında yaşayan sakinlər zirzəminin su ilə dolması problemini həll edə bilmirlər. Artıq 10 ildir ki, bu problem onlara ciddi çətinliklər yaradır. Bu günlərdə həmin problemə daha biri əlavə olub. Su borusu partladığı üçün bütün su zirzəmiyə axır. Sakinlərin su idarəsinə müraciətinə baxmayaraq, hələ də problemi həll edən tapılmayıb. Sakinlər deyirlər ki, su ilə dolu zirzəmi antisanitariya mənbəyidir.

Milli.Az xəbər verir ki, Day.Az saytının əməkdaşı məsələ ilə bağlı Qaradağ Rayon Sukanal Departamenti ilə əlaqə saxlayıb. Departamentin rəsmisi Saleh İsmayılov deyib ki, məsələdən xəbərdardırlar və tezliklə problem həll olunacaq.
 
"Su borusu bərpa olunduqdan sonra zirzəmi də qurudulacaq", - o əlavə edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.