Cəmiyyət

Evimin yaxınlığında qanunu poza bilərəm?

17 Fevral 2014 01:30
4 Şərh     Baxış: 5 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər kəs evində olduğu kimi, məhəlləsində də özünü ağa zənn edir. Düşünür ki, məhəlləsindədirsə, evinin yaxınlığındadırsa, orada qanunları poza bilər

Milli.Az-ın daimi oxucularından olan Bayram adlı Bakı sakini yazır ki, hər gün yaşadığı binanın həyətinə daxil olarkən qoşa xətti kəsib keçmək məcburiyyətindədir. Yaşadığı ev onun hər gün işdən qayıdarkən gəldiyi yolun əks tərəfindədir və yol iki tərəfli olduğundan qoşa xəttlə ayrılıb. İşdən qayıdan sürücü həyətə birbaşa daxil olmaq üçün qoşa xətti kəsmək məcburiyyətindədir. Qaydanı pozmamaq üçün yeganə yol isə nisbətən uzaq məsafədən dönərək əks yola çıxmaq və bundan sonra qayıdaraq məhləyə girməkdir. Qısası, yolda məhləyə dönmək üçün heç bir işarə qoyulmadığından ya qayda pozmaq məcburəyyətində qalırsan, ya da daha arıq yanacaq sərf etməli olursan. Oxucu öyrənmək istəyir ki, yaşadığı məhəlləyə daxil olmaq üçün qoşa xəttin tələbini poza bilər?

Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov Milli.Az-a açıqlamasında bildirdi ki, yollardakı qoşa xətt sərhəddir, divardır. Qanun tələb edir ki, həmin xətti keçmək olmaz.

Bölmə rəisinin sözlərinə görə, qanunun tələbi isə istər məhəllədə, istərsə də başqa yerdə eynidir, pozulmazdır. Əgər kimsə qoşa xəttin tələbəini pozarsa, qanunun tələbinə uyğun olaraq cəzalandırılacaq.

Gülər
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.