Cəmiyyət

Bakıda "qatil" avtobus səki ilə gedir - VİDEO

14 Fevral 2014 15:18
0 Şərh     Baxış: 1 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yol polisinin keçirdiyi reydlərə baxmayaraq, Bakıdakı avtobus sürücüləri hələ də yol hərəkəti qaydalarını pozmaqda davam edirlər. Qrafikdən geri qalmamaq və təyin olunmuş planı yerinə yetirmək üçün icazə verilən sürət hədini aşırlar, hərəkətin əks istiqamətinə keçirlər, icazə verilməyən yerlərdə ötmə əməliyyatlarını həyata keçirirlər. 65 saylı marşrut avtobusuna da baxarkən bunun bir daha şahidi olmaq mümkündür.

Milli.Az xəbər verir ki, Day.Az saytına oxucular tərəfindən göndərilən videoda da aydın görünür ki, sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozur. O, tıxaclı yolda qalmamaq üçün səkiyə çıxır. Onun üçün mənzil başına çataraq gediş haqlarını toplamaq daha vacibdir, nəinki ictimai təhlükəsizlik.

Təəssüflər olsun ki, bu cür hallar hər gün təkrarlanır. Hələ ki, belə sürücülərin islah edilməsi mümkün deyil.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.