Cəmiyyət

Azərbaycanda İnstitutun yeni direktoru kollektivə təqdim olundu

14 Fevral 2014 13:35
Baxış: 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əlyazmalar İnstitutunun yeni direktoru kollektivə təqdim olunub

AMEA Əlyazmalar İnstitutunun Elmi Şurasının iclası keçirilib.

Milli.Az modern.az-a  istinadən xəbər verir ki, İclasda AMEA prezidenti akademik Akif Əlizadə və vitse-prezident akademik İsa Həbibbəyli də iştirak edib.

Akademik Akif Əlizadə institutun yeni təyin edilən direktoru, AMEA-nın müxbir üzvü Teymur Kərimlini Elmi Şura üzvlərinə təqdim edib. O, kollektivin bundan sonra da elmi axtarışlarda uğur qazanacağına ümid bəslədiyini söyləyib.

İclasda elmi şura üzvləri - filologiya üzrə fəlsəfə doktoru M.Məmmədova, filologiya üzrə elmlər doktorları Möhsüm Nağısoylu, Kamanda Şərifov və digərləri çıxış ediblər. Onlar bundan sonra da Azərbaycanın milli-mənəvi xəzinəsi olan əlyazmaların qorunması, tədqiqi və nəşri üçün əllərindən gələni edəcəklərini bildiriblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.