Cəmiyyət

Bakıda yolun ortasında quyu qazdılar - FOTO

13 Fevral 2014 12:55
0 Şərh     Baxış: 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Artıq bir aya yaxındır ki, 8-ci mikrorayon ərazisində Ə.Naxçıvani küçəsi sakinlərə narahatlıq yaradır. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına oxuculardan biri məlumat verib.

"Onun sözlərinə görə, bir ay əvvəl Ə.Naxçıvani küçəsi ilə İ.Dadaşov küçələrinin kəsişməsində yol qazılıb. Yolun ortasında quyu olduğuna görə maşınlar hərəkət edə bilmirlər. Axşamlar isə hərəkət lap çətinləşir", - o məktubuda qeyd edib.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Binəqədi rayon sukanal departamentinin rəisi Əhliman Mansurovla əlaqə saxlayıb. O qeyd edib ki, su xəttində baş vermiş qəza ucbatından həmin yer qazılmışdı.

"Həmin işlərlə podradçı firma məşğul olub. Yol qaydasına salınacaq. Sadəcə, ola bilsin ki, havanın normallaşmasını gözləyirlər. Yaxın vaxtlarda məsələ tamamilə həll olunacaq", - o əlavə edib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.