Cəmiyyət

Həyəcan siqnalına məmurun cavabı: "Camaat niyə dövlətin işinə qarışır ki?"

12 Fevral 2014 01:00
0 Şərh     Baxış: 2 493
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gəncəlilər problemini Milli.Az vasitəsilə həll etmək istəyirlər. Məmməd Burcəliyev küçəsinin sakinləri saytımıza ünvanladıqları şikayət məktubunda yaşadıqları ərazidə parkın məhv edilməsindən yazıb:

"Azərbaycanda yeni parkların salındığı köhnə parkların abadlaşdırıldığı halda Məmməd Burcəliyev kuçəsində, Gəncə çayının sahilində yerləşən park hissələrə bölünərək satılır. Guya həmin ərazi bulvar olacaqdı. 2007-2015-cü illərdə Gəncə çayının sağ və sol sahillərinin abadlaşdırılıb bulvar olması üçün 15 milyon manat ayırıb. 10-15 gün əvvəl parkı abadlaşdırırıq adı ilə 700-800 metr uzunluğunda olan parkın 100-120 metr hissəsi, təxminən 2000 kvadratmetr ərazi 3 metr hündürlüyündə hasara alınıb. Hasara alınmış ərazidə 20-dən çox 40-50 illik ağaclar qalıb. Görəsən, bu ağacları da 2 il əvvəl həmin parkın digər hissəsində tikilən kafedən kəsilən 11 ağacın aqibətimi gözləyir? Zərdabi, M.F.Axundov, M.Burcəliyev küçələrinin yaşlı sakinlərinin, uşaqlarının gəzinti və istirahət yerləri bu park idi. Sakinlər bu qanunsuz tikintinin dayandırılmasını və parkın abadlaşdırılmasını xahiş edir".

Gəncə şəhərinin baş memarı Əli Rüstəmli Milli.Az-a açıqlamasında camaatı dövlətin işinə qarışmaqda qınadı: "Onların nə işinədir ki, dövlətin işinə qarışır. Orada park da salınır, iş də görülür. Yerli qurumlara müraciət etmək əvəzinə mətbuata çıxırlar. Sizə yazırlarsa, gəlin yerində araşdırın. Camaat özünə aid olan işlə də məşğul olur, aid olmayan da. Həmin ərazidə dövlət tədbiri keçirilir, müəyyən proqram var. Bir ərazidə iş görülərsə, oranı hasara almaq lazımdır. Orada obyekt tikiləcək, hasarlayan kimi isə düşünürlər ki çapıb-taladılar".

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.