Cəmiyyət

Bakıda sərnişin narazılığına cavab: "Axşam vaxtları bu marşrutlar işləmir"

11 Fevral 2014 14:49
0 Şərh     Baxış: 1 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Day.Az saytının redaksiyasına ictimai nəqliyyatdan şikayətlər yazan oxucu məktubları daxil olur. Milli.Az-ın məlumatına görə, oxuculardan biri 116 saylı marşrut avtobusundan gileylənir.

"Bu marşrutla hərəkət edən sərnişinlər hər dəfə işə gecikirlər. Niyə bu avtobuslar vaxtında dayanacaqda olmurlar? Nəyə görə monitorlarda həmin marşrutların gəlmə vaxtı haqqında məlumat yoxdur?" - oxucu soruşur.

Oxucunun suallarına cavab tapmaq üçün saytın əməkdaşı "Bakısərnişinnəqliyyat" MMC ilə əlaqə saxlayıb. Dispetçer xidmətinin baş mütəxəssisi Etibar Əzməmmədov deyib ki, 116 saylı marşrut "Koroğlu" metrosundan hava limanına qədər gedir.

"Bu marşrut üzrə 4 avtobus hərəkət edir. İlk avtobus səhər saat 7 tamamda hava limanı istiqamətində yola düşür. 30 dəqiqə ərzində mənzil başına çatır. Axşam vaxtları bu marşrutlar işləmir. Bununla yanaşı, onu demək istəyirəm ki, gecə vaxtı hava limanından sərnişinləri şəhərə daşıyan avtobuslar işləyir. Dayanacaqlardakı monitorlar işləyir. Heç bir problem yoxdur", - o qeyd edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.