Cəmiyyət

Bakıda mənzilin qiymətini öyrənmək də pulludur?

11 Fevral 2014 10:20
0 Şərh     Baxış: 1 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"AAAF Park" kompleksinə daxil olmaq üçün pul alırlar, əvəzində çek də vermirlər. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına Hüseyn adlı oxucu məlumat verib.

"Mən özüm Bakıda yaşayıram. Bu günlərdə Xırdalana getdim ki, "AAAF Park"-dakı evlərin qiymətləri ilə tanış olum. Kompleksin girişində şlaqbaum quraşdırılıb. Əraziyə daxil oldum, maşını park eləyib ofisə daxil oldum. Kompleksdən çıxanda məndən 50 qəpik istədilər, ancaq çek vermədilər. Mən çek tələb edəndə dedilər ki, qəbz qurtarıb. Mən çox kompleksdə olmuşam, ancaq girişə görə heç yerdə pul tələb etməyiblər. Potensial alıcıdan nəyə görə ödəniş tələb edirlər? Ümumiyyətlə, giriş pulsuz olmalıdır", - oxucunun məktubunda qeyd olunur.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı "AAAF Park"-ın administrasiyası ilə əlaqə saxlayıb. Baş mühasib Elxan Əşrəfov bildirib ki, oxucunun qeyd etdiyi ərazinin yaşayış kompleksi ilə əlaqəsi yoxdur. Bununla belə, vətəndaşlara ödənişlə bağlı çek verilməlidir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, bu cür məsələlər yerli qanunvericiliklə nizamlanmır.

"Yadınıza gəlirsə, yayda, demək olar ki, bütün çimərliklərin qarşısına şlaqbaum qoyulmuşdu. Bununla bağlı istehlakçılardan çoxlu sayda şikayət daxil olurdu. Əgər şlaqbaum quraşdırılıbsa, mütləq çek verilməlidir. "Qəbz qurtarıb" kimi bəhanələr olmaz", - o vurğulayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.