Cəmiyyət

Piyadalar üçün işıqforlar tək Bakıda olmayacaq

11 Fevral 2014 10:35
0 Şərh     Baxış: 7 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Day.Az saytının redaksiyasına oxuculardan biri məktub göndərib. Milli.Az-ın məlumatına görə, məktubda deyilir:

"Təəssüflər olsun ki, 2012-ci ildə sizin piyadalar üçün işıqfor barədə məqalənizdən sonra heç nə dəyişmədi. Hətta şəhərin mərkəzində də işıqforlar quraşdırılmır. Hələ Yasamal, Əhmədli və s. kimi rayonlardan danışmıram. Yenidən yol polisi ilə əlaqə saxlayıb həmin məsələni qaldıra bilərsiniz?"

Məsələ ilə bağlı saytın əməkdaşı Azərbaycan Daxili İşlər Nazirliyinin nəzdində "Siqnal" idarəsi ilə əlaqə saxlayıb. İdarədən bildiriblər ki, hazırda işıqforların quraşdırılması istiqamətində işlər getmir.

"Bu istiqamətdə işlər dayandırılıb, çünki ehtiyac yoxdur. Ehtiyac olan yerlərdə artıq işıqforlar quraşdırılıb. Onlar saz vəziyyətdədir", - idarənin əməkdaşı qeyd edib.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nəzdindəki "Üfüq" istehsalat birliyindən isə deyiblər ki, piyada işıqforlarının quraşdırılması üçün daxili işlər nazirliyi ilə müqavilə imzalanıb.

"Ötən il Bakı, Sumqayıt və Gəncə şəhərlərində bu cür işıqforlar quraşdırılıb. Müqaviləyə əsasən, bu il 100 ədəd piyada işıqforu istehsal olunacaq. Həmin işıqforların hansı rayonlarda quraşdırılacağı barədə məndə məlumat yoxdur", - "Üfüq" istehsalat birliyin marketinq şöbəsinin rəhbəri Rizvan Əliyev bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.