Milli Məclisdə Azərbaycan milli mətbəxinin qorunması və təbliği məqsədilə yeni qanun layihəsi hazırlanır. Bu barədə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov komitənin bu gün keçirilən iclasında bildirib.
Komitə sədri deyib ki, qanun layihəsi yaz sessiyası dövründə müzakirəyə çıxarlacaq: "Qanun layihəsində xüsusilə yeməkxanalardakı problemlər, ərzaq məsələləri, şadlıq evləri, yas və toy məclislərində verilən yeməklər, milli mətbəximizin dünyaya təqdim olunması, yemək mədəniyyətimizin başqa xalqlar tərəfindən mənimsənilməsi və bunun qarşısının alınması ilə bağlı xeyli məqamlar var. Bizim yeməklərimizin başqa xalqlar tərəfindən mənimsənilməsi mədəniyyət məsələsidir".
Qanun layihəsinin müəllifi, millət vəkili Leyla Abdullayeva bildirib ki, qanun layihəsi ilkin varinatda "Milli mətbəx mədəniyyəti haqqında" adlanır. Komitənin iş planında isə "Kulinariya mədəniyyəti haqqında" qanun layihəsi kimi qeyd olunur.
Azərbaycanda ilk dəfədir bu tip qanun layihəsinin hazırlandığını deyən millət vəkilinin sözlərinə görə, layihə ekspert rəyi alınması üçün Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinə göndərilib.
Qanun layihəsində qeyd edilir ki, Azərbaycan xalqına məxsus, texnoloji, avadanlıq və resept komplekslərini özündə birləşdirən xörək və qida məhsullarının hazırlanması ilə əlaqədar insan fəaliyyətinin nəticələri milli mətbəx nümunələri hesab edilir.
Qanun layihəsində milli mətbəx nümunələrinin qeydiyyatı, onların qorunması və təbliği, bu sahədə peşəkar kadrların hazırlanması, qədim və nadir milli mətbəx nümunələrinin tədqiq edilməsi və s. məsələlər yer alıb.
Milli.Az
Cəmiyyət
Mətbəximizi oğurlamaq asan olmayacaq
7 Fevral 2014 14:19
Baxış: 2 740
DİGƏR XƏBƏRLƏR
- "Özüm istəmişəm!" - 1 manatlıq taksidə məktəbli qızla SEVGİ MACƏRASI - VİDEO
- Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
- Azərbaycana qarşı "informasiya savaşı": kim, necə, niyə? - ARAŞDIRMA
- İctimai nəqliyyatın günümüzə qatdığı stress - Necə mübarizə aparmaq olar?
- Günün qoroskopu: Maliyyə fürsətləri yaranacaq
- Bakı bulvarında ata və balanın maraqlı RƏQSİ - VİDEO
XƏBƏR LENTİ
- Corc qardaşının hazırkı vəziyyətindən danışdı - FOTO
- Bakıda "Land Rover" yeniyetməni vuraraq öldürdü
- Sumqayıtda qaynı 33 yaşlı qadını bıçaqladı
- Bətnindəki körpənin cinsiyyəti qız olduğuna görə hamilə qadını döyərək uşağı tələf etdilər - VİDEO
- Millimiz autsayderlə üz-üzə
- “İranın əlində Amerika qanı var” - Harris
- Keçmiş həyat yoldaşı toya XANIMI İLƏ GƏLDİ - Afətin reaksiyası DİQQƏT ÇƏKDİ - FOTOlar
- Əgər övladınız oğlan gedib, qız qayıdırsa... - Tramp
- Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTOlar
- Rodrini həmyerlisi əvəz edə bilər
- Nüvə dövlətindən İsrailə xəbərdarlıq: Bu, təhdiddir!
- ABŞ böyük qasırğaya hazırlaşır - Əhali təxliyə olunur
- Cokoviçdən çinli azarkeşlərə üzrxahlıq
- Markdan həyat yoldaşına unikal hədiyyə - FOTOlar
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik
- Alsu və əri məhkəmədə razılığa gələ bilmədilər - VİDEO