Cəmiyyət

Bakı qəsəbəsinin sakinlərinə xoş xəbər

7 Fevral 2014 09:54
0 Şərh     Baxış: 1 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Day.Az saytının redaksiyasına Teymur Əhmədov adlı oxucu məktub göndərib. Milli.Az-ın məlumatına görə, məktubda deyilir:

"Mən Binə qəsəbəsində, məhəllə 2146, bina 27-də yaşayıram. Son 48 ildə ilk dəfə evimizə sutkalıq su təchizatı üçün işlər başlayıb. Binaların qarşısında boru çəkilməsi ucbatından yollar bərbad vəziyyətə düşüb. Artıq bir aydır ki, heç bir iş görülmür. Su boruları evlərin qarşısından keçir. Bizim məhəllədə bu işlər nə zaman başa çatacaq? İşlər başa çatdıqdan sonra yollar düzəldiləcəkmi?"

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, Binə qəsəbəsində su təchizatının yaxşılaşdırılması istiqamətində geniş miqyaslı işlər görülür. Yeni su xətləri çəkilir.

"Qarşıya qoyulan məqsəd Binə qəsəbəsinin fasiləsiz su ilə təchiz edilməsidir. 2014-cü ilin yayına qədər bu işlər başa çatacaq. İşlər başa çatdıqdan sonra yollar da qaydaya salınacaq", - o əlavə edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.