Cəmiyyət

Ödədikləri pul Bakı sakinlərini niyə qızdırmır?

6 Fevral 2014 11:52
0 Şərh     Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu günlərdə Bakıda yaşanan anomal soyuqlar Pirallahı sakinlərini çətin sınaq qarşısında qoyub. Milli.Az xəbər verir ki, Pirallahı qəsəbəsinin 40-cı məhəlləsinin sakinləri bu barədə Day.Az-a məktub yazıblar.

"Bizdən bütün qış mövsümü üçün istilik pulunu alıblar, ancaq evlərdə isidicilər işləmir. Xahiş edirəm bu faktı araşdırasınız", - Elmira Əliyevanın məktubunda deyilir.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı "Azəristiliktəchizat" ASC-nin 1 saylı istilik idarəsinin rəisi Kifayət Müzəffərovla əlaqə saxlayıb. O qeyd edib ki, istiliyin olmaması qazın təzyiqinin az olması ilə bağlıdır.

"Hazırda ötürülən suyun hərarəti 55 dərəcədir. Bu isə evin isinməsinə kifayət etmir. Hazırda problemin həlli istiqamətində işlər gedir. Yaxın günlərdə problem aradan qaldırılacaq", - o əlavə edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.