Cəmiyyət

AMEA-da Katiblik və Protokol şöbəsi yaradıldı

5 Fevral 2014 17:54
Baxış: 1 012
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Aparatının Katibliyi və Protokol şöbəsi yaradıldı

Trend Akademiyanın rəsmi saytına istinadən xəbər verir ki, Rəyasət Heyətinin iki şöbəsinin statusu artırılaraq onların əsasında idarələr və üç yeni şöbə yaradılıb. Eyni zamanda, Aspirantura və kadrlar şöbəsinin əsasında Təhsil və kadrlar şöbəsi, Katibliyin əsasında isə Ümumi şöbə yaradılıb.

Məlumatda bildirilir ki, ötən müddət ərzində islahatlar nəticəsində həm Rəyasət Heyəti Mərkəzi Aparatında, həm də ümumilikdə Akademiya sistemində idarəetmə prosesində nəzərəçarpacaq irəliləyişlər müşahidə olunmaqdadır. Bununla belə, AMEA Rəyasət Heyəti çoxsaylı tədbirlərin - Rəyasət Heyətinin iclaslarının, mətbuat konfranslarının və s. protokollaşdırılması, etibarlı saxlanması və arxivə təhvil verilməsi zərurəti, bir struktur bölmə qarşısına qoyulan çoxsaylı vəzifə və funksiyaların həddən artıq olması, AMEA-da aparılan islahatlar nəticəsində sənədlər axınının artması, qəbul edilən qərarların, sərəncamların çoxluğunu və s. nəzərə alaraq, Mərkəzi Aparatın Ümumi şöbəsinin ləğv edilməsinə dair qərar qəbul edib. Əvəzində aparıcı struktur bölmə statusunda iki struktur bölmə - Katiblik və Protokol şöbəsi yaradılıb.

AMEA Rəyasət Heyəti Katibliyinin və Protokol şöbəsinin əsasnamələri təsdiq olunub. Digər bir qərarla Katibliyin rəisi vəzifəsinə Rasimə Hüseynova, Protokol şöbəsinin rəisi vəzifəsinə isə Sevinc Həsənova təsdiq ediliblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.