Cəmiyyət

Sevgi asılılığı: bu nə dərddir? - MÜZAKİRƏ

5 Fevral 2014 14:15
13 Şərh     Baxış: 1 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"... Bu mənim ilk sevgim idi... Mənim 20, onun isə 24 yaşı var idi. Eyni institutda oxuyurduq, bütün vaxtımızı birlikdə keçirirdik. Öz istəklərimdən əl çəkdim (rəssam olmaq istəyirdim, dillər və rəqs öyrənməyə həvəsim vardı). Mənim mağazadan seçdiyim və geydiyim şeylər onun xoşuna gəlmirdi. O, istədiyi kimi yaşayırdı, mən isə onun həyatını. Bəlkə də, ən böyük səhvim elə bu olub... Günlərin birində onun istəmədiyi bir şeyi etdim. O qəzəbləndi və dedi ki, mən onun istirahətini, arzularını və s. korlayıram. Həmin vaxt bir anlıq düşündüm və təsəvvür etdim: əgər biz birlikdə olsaq, 5 ildən sonra deyəcək ki, mən onun bütün həyatını korlamışam. Onu tərk elədim və biz ayrıldıq. Artıq 6 aydır ki, evdən çölə çıxmıram, heç kimlə ünsiyyət qurmuram. Dostlarımın yarısını itirmişəm. Bilirəm ki, güclüyəm. Bu adam olmadan çox şeyə nail olmağı bacararam. Amma deyin mənə, əgər sevdiyim adamı fikrimdən çıxara bilmirəmsə, başqa insanla necə görüşüm?"

Milli.Az xəbər verir ki, yuxarıdakılar Day.Az saytının Lady Day.Az layihəsinə Elnarə adlı xanımın göndərdiyi məktubdan bir parçadır.

Bu elə sevgi asılılığıdır. Təəssüflər olsun ki, bu cür asılılıq çox insanların başına gəlir. Bunun əsl sevgi olduğunu düşünürlər. "Əziyyət çəkirəmsə, deməli, sevirəm" - kimi düşünür çoxları.

Daha ətraflı rus dilində bu keçiddə oxuya bilərsiniz.

Bəs sizcə, belə asılılıqdan necə yaxa qurtarmaq olar?

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.