Cəmiyyət

Bakı avtobusları gözlərimizi kor edir - FOTO

4 Fevral 2014 01:00
0 Şərh     Baxış: 3 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Havaların yağmurlu keçməsi Bakı şəhərindəki sərnişin avtobuslarında yeni problem yaradıb. Bunun nəticəsində, onsuz da, avtobusda rahat daşınmayan sərnişinlərin görmə imkanları da məhdudlaşıb.

Milli.Az-ın məlumatına görə, avtobusların yan şüşələri o qədər çirkli olur ki, içərisində olan sərnişin hansı dayanacaqda düşəcəyini, mənzil başına çatıb-çatmadığını görə bilmir. Avtobusların şüşələrini isə təmizləmək heç kimin yadına düşmür.

Milli.Az-a bu məsələ ilə bağlı çoxsaylı şikayətlər də daxil olub. Kamil adlı oxucu yazır iki, 166 saylı avtobus natəmizdir, şüşələri silinmir. Hansı tərəfdə olduqlarını bilmirlər. Belə problemlər paytaxtın xeyli avtobuslarında hökm sürür. Apardığımız müşahidələr də göstərdi ki, 23, 49, 65, 66, 81, 77, 166, 193 saylı avtobuslarda da natəmizlik var, şüşələr silinmir.

Bakı Sərnişin Nəqliyyat Departamentindən Milli.Az-a bildirildi ki, avtobusların şüşələrinin çirkli olması ilə bağlı reydlər keçirilir. Müfəttişlər tərəfindən iki gündür şəhərin mərkəzi hissəsində çirkli avtobuslarla mübarizə aparılır. Hazırda çirkli avtobusa günün ikinci yarısında rast gəlmək olar. Səhərlər qarajdan təmizlənərək xəttə buraxılır.

Anar Məmmədov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Foto: Ceyhun Ələkbərov

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.