Cəmiyyət

Meydandakı Azərbaycan bayrağı cırılıb - FOTO

4 Fevral 2014 00:30
2 Şərh     Baxış: 3 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Şirvan şəhərində yerləşən bayraq meydanındakı mənzərə ürəkaçan deyil. Şəhərin hündür ərazisində yerləşən meydanındakı dövlət bayrağı çırılıb, lakin aidiyyəti qurumlar bu məsələ ilə maraqlanmır.

Şirvan şəhər İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Elmira Ağayeva Milli.Az-a bildirdi ki, bayrağın cırılması diqqətsizliyin nəticəsi yox, güclü küləyin fəsadıdır.

Onun sözlərinə görə, külək az qala dəmiri parçalaya, 74 metr hündürlükdəki bayraq necə salamat qala bilər: "Külək bayrağı bir neçə yerdən cırmışdı. Qısa zamanda problem aradan qaldırılıb. Küləkli günlərdə bayrağı aşağı endirmək də alınmırdı. Bayrağın dirəyinə bərkidilmiş trosu hərəkət etdirən çarx xarab olmuşdu. Yanğınsöndürən nərdivanı gətiriləndən sonra problem aradan qaldırılıb. Guya endirilsəydi, sizə xəbər verənlər susacaqdı. Deyəcəkdilər ki, bayrağımız endirilib".

Anar Məmmədov
Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.