13:27
Fevralın 7-dək Bakıda anomal şaxtalı hava şəraiti davam edəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 7-dək havanın minimal temperaturu gecə 4-8 dərəcə şaxta, gündüz saatlarında isə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.
Bu müddətdə əsasən yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Şaxtalı hava şəraiti isə davam edəcək. Fevralın 7-dək bəzi ərazilərdə gün ərzində qısamüddətli zəif qar yağması istisna olunmur.
Fevralın birinci ongünlüyündə, xüsusən də birinci ongünlüyün birinci yarısında anomal şaxtalı hava şəraiti Azərbaycan ərazisində davam edəcək.
Həmin müddətdə artıq ötən günlərdə müşahidə edilən kəskin şaxtaların, covğunun olacağı gözlənilmir.
Nazirlikdən daha sonra Trend-ə verilən məlumata görə, fevralın 6-dək Abşeron yarımadasında gözlənilən soyuq və diskomfort hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olsa da, havanın oksigenlə zəngin olması müsbət amildir.
Fevralın 4-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən yağmursuz hava şəraiti üstünlük təşkil etsə də, gün ərzində bəzi yerlərdə qısamüddətli zəif qar yağacağı ehtimal olunur.
Günün ikinci yarısında cənub-qərb küləyi əsəcək. Şaxtalı hava şəraiti davam edəcək. Havanın temperaturu gecə 6-8, səhər 3-5, gündüz 0-2 şaxta , bəzi yerlərdə 1 dərəcəyədək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.
Fevralın 4-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək. Lakin Ləkəran-Astara zonasında qar yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Aran rayonlarında gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəyədək isti, dağlarda gecə 15-20, gündüz 4-9 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
----------
11:58
Fevralın 7-dək Bakıda anomal şaxtalı hava şəraiti davam edəcək.
Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 7-dək havanın minimal temperaturu gecə 4-8 dərəcə şaxta, gündüz saatlarında isə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Bu müddətdə əsasən yağmursuz hava şəraitinin üstünlüyü gözlənilir. Ancaq şaxtalı hava şəraiti isə davam edəcək. Fevralın 7-dək bəzi ərazilərdə gün ərzində qısamüddətli zəif qar yağması istisna olunmur.
Fevralın birinci ongünlüyündə, xüsusən də birinci ongünlüyün birinci yarısında anomal şaxtalı hava şəraiti Azərbaycan ərazisində davam edəcək.
Həmin müddətdə ötən günlərdə müşahidə edilən daha kəskin şaxtaların, covğunun olacağı gözlənilmir.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bakıda anomal şaxtalar gözlənilir - YENİLƏNİB
3 Fevral 2014 13:27
41 Şərh
Baxış: 19 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Nigar 9 il sonra onunla BARIŞDI
-
Marketdə alış-veriş edən vaxt qəfil ÖLDÜ
-
Dünyanın ən çox nifrət olunan lideri SEÇİLDİ
-
Yunanıstanda 309 nəfər SAXLANILDI
-
27 yaşlı oğlu faciəli şəkildə öldü
-
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər - FOTO
-
Sirkə turşusundan öldü
-
Bu BÜRCLƏR qarğa kimi kin saxlayırlar
-
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar - FOTO
-
Məşhur müğənni vəfat etdi
-
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublar - FOTO
-
Vüsalə gözəlliyi ilə "yandırıb-yaxdı" - VİDEO
-
“Real Madrid”in keçmiş futbolçusu vəfat etdi
-
Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - FOTO
-
Aralıq dənizində güclü zəlzələ oldu
-
Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
-
Qış təmizliyində gizli təhlükə: Mütəxəssislər "qətiyyən qarışdırmayın" deyə xəbərdarlıq edir
-
Vəfanın arxiv VİDEOsu yayıldı - tanınmaz haldadır
-
Ölkəsinin ən zənginidir, tortunu da cangüdənləri yedizdirir - VİDEO
-
Bu VİDEO bir günə 2 milyon İZLƏNDİ
-
"Duetlərin 80%-i sevgiyə ÇEVRİLİR"
-
Qışda xəstələnməmək üçün bunları edin
-
Gəlin rəqqasə olarsa... - VİDEO
-
Cəmi bir yuxu qaydası ömrünüzə ömür qatır: Alimlər açıqladı





