Cəmiyyət

Azərbaycanda müxtəlif elmi-texniki xidmətləri həyata keçirən təşkilatların sayı nə qədərdir?

23 Yanvar 2014 12:37
Baxış: 657
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ölkədə elmin inkişafına dövlət tərəfindən xüsusi diqqət və dəstək göstərilir və Azərbaycan Prezidenti tərəfindən "Azərbaycanda 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" uğurla həyata keçirilir.

Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) bildirilib.

AMEA-dan deyilib ki, 2014-cü ilin əvvəlində ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 140 elmi təşkilat və müəssisə fəaliyyət göstərir. Bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 21,6 minə yaxın mürəxəsis məşğul olur, onların da 71,1 faizi tədqiqatçılardır.

Mütəxəssislərin hər 3 nəfərindən birinin elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi vardır. Bundan əlavə elmi tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 10 min nəfər elmi-pedoqoji işçi elmi tədqiqat böllmələrində tədqiqat və işləmələri yerinə yetirirlər. Onların da yarıdan çoxu elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsinə malikdir.

2014-cü ilin əvvəlinə AMEA-nın 52 akademiki və müxbir üzvü var.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.