Cəmiyyət

Azərbaycanda kreditlə maşın satışı dayandı? - VİDEO

22 Yanvar 2014 10:33
5 Şərh     Baxış: 4 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alıcı kütləsi azalıb

Banklara geri ödənməyən kreditlərin həcmi 800 milyon manatı keçdikdən sonra kredit bazarında radikal addımlar atılır.

Bu dəfə də avtomobil kreditlərinə qadağa qoyuldu. Əlaqə saxladığımız bir neçə bank məlumatı təsdiqləsə də, bu barədə müsahibə verməkdən çəkindilər. Vəziyyəti maşın satışı ilə məşğul olan şəxslər də təsdiqlədilər. Kreditlə satış dayandırıldığından bu ay alıcı, demək olar ki, olmayıb.

Milli.Az-ın xezerxeber.com-a istinadən məlumatına görə, ekspertlər hesab edirlər ki, maşın satışında kreditin ləğv olunması insanların avtomobilə əlçatanlığını azaldacaq.

Nəzərə alsaq ki, kreditlə satılan maşınların əksəriyyəti sığorta olunur, vəziyyət sığorta bazarına da mənfi təsir göstərəcək.

Ancaq ekspertlər avtomobil kreditlərinin dayandırılmasını təkcə problemli kreditlərlə əlaqələndirmirlər.

İqtisadçılar hesab edir ki, vəziyyət yaxın vaxtlarda maşın bazarında ucuzlaşmaya səbəb olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.