Cəmiyyət

Azərbaycanda qışda "yaz havası" olacaq

15 Yanvar 2014 12:55
18 Şərh     Baxış: 9 588
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 18 dərəcəyə yüksələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, yanvarın 16-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Mülayim çənub-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 1-4 dərəcə, gündüz 10-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 16-da hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 3 dərəcə şaxtadan 2 dərəyədək isti, gündüz 10-14 dərəcə isti, dağlıq rayonlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti qeydə alınacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.