Cəmiyyət

Azərbaycanda siqaretin qiyməti qalxdı - YENİLƏNİB - AÇIQLAMA

2 Dekabr 2013 15:23
96 Şərh     Baxış: 35 044
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ölkədə tütün məmulatlarının qiyməti artıb


15:23

Azərbaycanda tütün məmulatlarının qiymətinin artması dünya bazarlarında xammalın qiymətinin bahalaşması ilə əlaqədardır. Bu barədə bazar ertəsi Trend-ə "European Tobacco Baku"nun meneceri Anar Hətəmov deyib.

Bakının bəzi ticarət obyektlərində bir qutu siqaretin qiymətinin təqribən 10-20 qəpik bahalaşması qeydə alınıb.

A.Hətəmovun sözlərinə görə, xammalın dəyəri artıb və bu da siqaretin pərakəndə satış qiymətinə təsir edib: "Bununla belə, Azərbaycanda bir siqaret qutusunun orta hesabla qiyməti hələ də dünya göstəricisindən 10 faiz aşağıdır".

Dünyada tütünün qiymətinin siqaretin pərakəndə satış qiymətinə təsir etməsi onunla izah edilir ki, Azərbaycan bazarında məhsulların yarısından çoxu xaricdən idxal edilir. Tütün məmulatlarına olan daxili tələbatın 50 faizə qədəri yerli istehsal hesabına ödənilir. Azərbaycan bazarının tütün məmulatlarına olan ümumi tələbatı ildə 10 milyard ədəd siqaret səviyyəsində qiymətləndirilir.

Menecer deyib ki, siqaretin pərakandə satış qiymətinin bahalaşması gənclərin və yeniyetmələrin onlardan istifadəsini məhdudlaşdırır.

----------
09:17

Press24.az əməkdaşının Bakıda bir neçə mağazada apardığı araşdırmalar nəticəsində məlum olub ki, ölkəyə xaricdən gətirilən və daxili istehsal olan siqaretlərin qiymətində 10-20 qəpik arasında artım baş verib.

Qiymət artımı "Viceroy", "West", "LD", "Winston"un bütün növlərində və digər populyar siqaret markalarında müşahidə olunub.

Qeyd edək ki, satıcılar siqaretlərin qiymətinin istehsalçı firmalar tərəfindən artırıldığını deyiblər.

Təəssüf ki, istirahət günü olduğundan məsələyə rəsmi qurumların münasibətini öyrənmək mümkün olmayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.