Cəmiyyət

"Mən fəxr edirəm ki, azərbaycanlıyam" mövzusunda müsabiqələr elan edilib - FOTO

27 Sentyabr 2013 16:55
Baxış: 6 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanmda Gənclər Fondunun maliyyə və Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilati dəstəyi ilə "Mən fəxr edirəm ki, azərbaycanlıyam" adlı layihəsinin başlanılmasına start verib.

Trend xəbər verir ki, bunula bağlı keçirilən mətbuat konfransında TUMİB-in sədri Çingiz Bayramov bildirib ki, layihədə gənclərin vətənpərvərlik və azərbaycançılıq ideologiyası ilə bağlı lazımi səviyyədə maarifləndirilməsi üçün Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Tovuz şəhərlərində təlimlərin keçirilməsi, geniş həcmli konsertlərin təşkili, eyni zamanda adıçəkilən regionlarda və Azərbaycandan kənarda yaşayan azərbaycanlı (yaş həddi 14-29) yeniyetmə və gənclər arasında Vətənə hörmət hissinin və milli şüura sahib olmanın incəliklərinin aşılanması məqsədilə vətənpərvərliklə bağlı şeir, mahnı, rəsm əsərləri müsabiqələri və gənc jurnalistlər arasında yazı müsabiqəsinin təşkili nəzərdə tutulub.

Layihə başa çatdığı zaman müsabiqələrdə qalib gələnlərə mükafatlar və diplomlar təqdim ediləcək.

Onun sözlərinə görə, şeir, mahnı və rəsm müsabiqələrində 14-18 və 18-29 yaşlı yeniyetmə və gənclər müsabiqəyə qatıla bilər. "Mən fəxr edirəm ki, azərbaycanlıyam" mövzusunda şeir yazan və intonasiyalı şeir deməyi bacaran, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Tovuz şəhərlərində, habelə Azərbaycandan kənarda yaşayan azərbaycanlı yeniyetmə və gənclər iştirak edə bilərlər.

TUMİB "Мən fəxr edirəm ki, azərbaycanlıyam" mövzusunda 18-29 yaş arası gənc jurnalistlər arasında məqalə müsabiqəsi elan edir. Məqalə dövrü mətbuatda dərc olunduqdan sonra müsabiqəyə təqdim edilməlidir. Müsabiqə qaliblərinə pul mükafatları veriləcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.