Trend-in məlumatına görə, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Dünya Azərbaycanlı Gənclər Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən layihənin məqsədi region gənclərinin İKT sahəsində düzgün istiqamətdə maarifləndirilməsi və gənc nəslin beynəlxalq təcrübəsini düzgün tətbiq edərək ondan effektiv bəhrələnmə işinin aparılmasıdır.Azərbaycanda "İnformasiya texnologiyalarının nailiyyətlərindən gənclərin düzgün bəhrələnməsi" layihəsinə start verilib
Bu sahədə peşəkar olan insanların regionlarda gənclərlə görüşünün keçirilməsini və onlara İKT-dən beynəlxalq təcrübəyə əsaslanaraq səmərəli maarifləndirmə işinin aparılmasını nəzərdə tutan layihənin müəllifi DAGB üzvü Əlimərdan Sultanovdur. Layihənin Azərbaycanın üç regionunda - Lənkəran, Ağstafa və Şəkidə həyata keçirilməsi nəzərdə tutulur.
Milli.Az